Həkim Profili
LOR mütəxəssisi · Rinoplastika cərrahı · Beynəlxalq konfrans məruzəçisi
Kimdir?
Uzman Dr. Elnur Əkbərov Türkiyənin Gülhane Hərbi Tibb Akademiyasını bitirərək LOR (otorinolarinqologiya) ixtisasını almış, ardından Azərbaycan Tibb Universitetində ixtisaslaşmasını tamamlamışdır.
Uzun illər Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi və Silahlı Qüvvələrin Baş Otorinolarinqoloqu kimi fəaliyyət göstərmiş, indi isə National Prime Hospitalda qəbul aparır.
Burun estetikası sahəsini sistemli şəkildə inkişaf etdirən Dr. Əkbərov, qapalı, gipssiz, silikonsuz — TEO Rinoplastika texnikasının Azərbaycandakı aparıcı tətbiqçilərindən biridir. Burun beli qoruyucu (dorsum preservation) rinoplastika yanaşması onun praktikasının əsasını təşkil edir.
Elmi fəaliyyəti ilə yanaşı, Bakı Rhinoplasty Days kimi beynəlxalq tədbirlərdə jury üzvü, Türk Dünyasının Plastik Cərrahlar Konqresində məruzəçi kimi çıxış etmiş, kadavra diseksiya kurslarının təşkilatçısı olmuşdur.
Karyera
Qapalı rinoplastika, septorinoplastika, revizyon rinoplastika, burun-boğaz-qulaq xəstəliklərinin müalicəsi.
Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş Otorinolarinqoloqu vəzifəsi.
Buxara — Türk Dünyası Plastik Cərrahlar Platforması 1-ci Konqresi (aprel 2025). Mövzu: Rinoplastikada komplikasiyalar — önləm və müalicə.
AETA, ICA, Azərbaycan Rinoloqlar Cəmiyyəti birgə kursu: Rinoplastika, FESC texnikaları — 15–17 dekabr.
Rinoplastika, LOR xəstəlikləri, mövsümi tənəffüs yolu problemləri mövzusunda ictimai maarifləndirmə.
Təhsil & Sertifikatlar
Üzvlüklər & Assosiasiyalar
Azərbaycanda rinologiyanın inkişafı üçün fəal iş aparan mütəxəssislər birliyinin üzvü.
LOR sahəsinin milli peşəkar birliyinin aktiv üzvü. Konfrans və tədbirlərin həm iştirakçısı, həm təşkilatçısı.
Estetik tibb sahəsinin milli birliyi. Kadavra diseksiya kursu AETA çərçivəsində təşkil edilmişdir.
Elm & Tədris
Rinoplastika — II Seksiya. Mövzu: "Rinoplastikada komplikasiyalar: Önləm və müalicə yolları". İştirakçı ölkələr: Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan, Türkmənistan, Rusiya.
Dr. Cavid Cabbərzadənin dəvəti ilə tədbirdə jury üzvü kimi çıxış etmiş, beynəlxalq kolleqalarla birgə işlər dəyərləndirilmişdir.
Prof. Çingiz Rəhimovun dəvəti ilə iki ayrı mövzuda məruzə təqdim edilmişdir.
Həm konfransın təşkili prosesinin iştirakçısı, həm məruzəçi kimi çıxış etmişdir. Dr. Məzahir (qulaqburunboğaz) başda olmaqla mütəxəssislərlə birgə iştirak.
Qəbul
National Prime Hospital, Bakı. ☎ +994 55 292 90 00
Qəbula Yazıl